"Samir Abasov əsəbləşibsə..."

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın müdafiəçisi Rail Məlikov Premyer Liqanın 24-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə sualları cavablandırıb. 

 

- Çempiona qarşı oynadıq. Qarşılaşmaya yaxşı köklənmişdik, amma uduzduq. Rəqibə çox imkan verməsək də, standart vəziyyətdən qol buraxdıq.

 

Oyun bitən kimi baş məşqçiniz Samir Abasov hakimlərə hücum çəkdi. Görünür, Ömər Paşayevin qərarlarından narazı qalıb. Hakimliklə bağlı sən nə deyə bilərsən?

- Əvvəllər hakimlər haqda danışmışam. Amma indi nəsə demək istəmirəm. Baş məşqçi əsəbləşibsə, deməli, nəsə görüb.

 

Bəs sən özün nəsə gördünmü?

- Görsəm də, bunu açıqlamaq istəmirəm. 

 

Səncə, bu, “Qarabağ”ın çempionluq matçı olmasaydı, hakim yenə belə idarəçilik edərdi?

- Bu barədə nəsə desəm, doğru olmaz. Çalışırıq ki, xal itirməyək və hədəfimizə doğru gedək. “Qarabağ” üçün nə qədər vacib oyun idisə, bizim üçün də elə idi.

 

“Neftçi”nin qələbə qazanması ilə işiniz çətinləşdi. Aradakı xal fərqi 2-yə endi...

- Məncə, işimiz çətinləşmədi. Onlar sadəcə, bizə yaxınlaşdı. Əslində digər komandalara baxmırıq. Öz oyunumuzu oynayırıq. Kiməsə baxsaq, xal itirəcəyik.

 

Sanki kubokdakı uğursuzluq komandaya az da olsa təsir edib. Bununla razısan?

- Bu, iki fərqli turnirdir. Onları bir-birinə qatmaq olmaz. Hərəsi üçün ayrıca məşq edib hazırlaşırıq. Ona görə də bir təsiri yoxdur.

 

Növbəti turdakı rəqibiniz “Səbail” olacaq. Həmin oyun haqda nə düşünürsən?

- Bundan sonrakı hər matça final kimi çıxacağıq. "Səbail"lə oyun ağır olacaq. İtkisiz çıxmaq istəyirik. Doğma meydan amili də bizə kömək edəcək.

Tarix: 24 Aprel 11:36    Oxunub: 408    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.