"Karyeramı bitirib-bitirməyəcəyimi növbəti həftələrdə açıqlayacam"

“Feyenoord”un hücumçusu Robin Van Persi bundan sonra daha 5-6 il oynamaq istədiyini deyib.

 

Sportinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu Hollandiya mətbuatına gələcək karyerası ilə bağlı qərarını növbəti həftələrdə açıqlayacağını bildirib:

 

“Karyeramı bitirib-bitirməyəcəyimi növbəti həftələrdə açıqlayacam. 5-6 il daha futbol oynamaq istəyərəm, lakin bu, elə də asan deyil.

 

Oynamağa davam etmək istəyirəm, ancaq bu vəziyyət yaşımla əlaqədardı. Artıq zədələrdən geri qayıtmaq daha uzun vaxt çəkir”.

 

Van Persi “Feyenoord”a qışda “Fənərbaxça”dan keçib. Onun Rotterdam təmsilçisi ilə müqavilə müddəti 2019-cu ilin yayında bitəcək. Van Persi cari mövsümdə şans qazandığı 12 oyunda 6 qol vurub.

 
Tarix: 24 Aprel 11:12    Oxunub: 323    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.