Bakıya yeniliklərlə gələcək

"Renault" komandası "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yeniliklərlə gələcək.

 

Sportinfo.az xəbər verir ki, bunu "Renault"un rəhbəri Siril Abitebul deyib.

 

“Bakıya bir neçə yenilik gətirəcəyik. Azərbaycanda ilk dəfə olaraq yeni yan deflektorları və yeni qanadları sınaqdan keçirəcəyik,

 

Barselona mərhələsinədək isə mühərriki tamamlayacağıq. Ümidvarıq ki, yeniliklər hesabına irəli addım ata biləcəyik. Yeniliklərin işə yaraması vacibdir", - deyə Abitebul bildirib.

Tarix: 24 Aprel 10:24    Oxunub: 318    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.