Tanınmış azərbaycanlı: "Dünya çempionluğunun öz üstünlükləri var"

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində IV tura start verilib.

 

Sportinfo.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.

 

Ağ fiqurlarla mübarizə aparan Rəcəbov mətbuat konfransında oyunu haqqında danışıb: "Oyun haqqında çox danışa bilmərik.

 

Gedişlər təkrarlandığı üçün heç-heçə qaçılmaz oldu. Əgər gedişlər təkrar olunursa, vaxt itirməyə ehtiyac yoxdur. Fikrimcə, yarışda əsas mübarizə qarşıdadır".

 

ShamkirChess 2018 superturnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirən Azərbaycan şahmatçısı bu sayda heç-heçələrin sonluğu daha maraqlı edəcəyini deyib.

Tarix: 24 Aprel 10:12    Oxunub: 329    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.