"Gələcəkdə yaxşı milli formalaşdırmaq üçün ümid verdilər"

Dünən Antalyada Beynəlxalq Hazırlıq Turniri start götürüb.

 

Türkiyə, Azərbaycan və Güncüstanın 2003-cü il təvəllüdlü fütbolçülarından təşkil olunmuş yığmalarla yanaşı Türkiyənin U-14 millisinin də iştirak etdiyi turnirin ilk günündə komandamız adı sonuncu çəuilən komanda ilə qarşılaşıb.

 

Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızdan Mehrac Baxşəliyev 13-cü dəqiqədə, türklərdən isə Burak İnce 34-cü dəqiqədə fərqlənib. Digər oyunda Türkiyənin U-15 yığması Gürcüstanın U-15 yığmasını 1:0 hesabı ilə məğlub edib.

 

Komandamız dünənki oyuna aşağıdakı heyətlə çıxıb: Kamran Şabiyev, Süleyman Damadayev (Əbil Əbilov, 65), Vüsal Mirzəzadə, Cəlal Hüseynov (K), Ülvi Mədətov, Kamal Kazımov (Bəhruz Tanrıverdiyev, 65), Nihad Cəfərov, Mehrac Baxşəliyev (Vaqif Həsənov, 47), Ayxan Cabbarov (Həsən Seyfullayev, 47), Fərrux Fərzəliyev, Vüsal Qənbərov (Vüsal Vəliyev). 


Yeri gəlmişkən, oyunun baş hakimi Sərkan Çinar komandamızdan Ülvi Mədətov və Nihad Cəfərova sarı vərəqə göstərib.

 

Komandamızın baş məşqçisi Azər Məmmədovu oyunla bağlı fikirlərini bölüşüb: “Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Rəqib bir yaş kiçik futbolçulardan qurulsa da, fiziki göstəricilərinə görə geri qalmırdılar.

 

Beynəlxalq oyun təcrübəsi və birgə oyun vərdişi baxımından demək olar ki, komanda uzun müddətdi yığılıb. Bizdə isə bildiyiniz kimi komanda yeni qurulub, beynəlxalq oyun təcrübəsi yoxdu.

 

Buna baxmayaraq, uşaqlar yaxşı oynadılar. Gələcəkdə yaxşı milli komanda formalaşdırmaq üçün ümid verdilər. Təbii ki, çatışmazlıqlar var və onların üzərində işləmək üçün vaxtımız olacaq.

 

Əsasən futbolçuların bir-birlərinə uyğunlaşmasında, xətlərarası əlaqədə problemlərin olduğu görünürdü.

 

Bunun fonunda uşaqların ilk beynəlxalq oyunda qorxmaması, cəsarətli oynaması məni sevindirdi. Komanda ürəklə hücuma çıxırdı. Qol imkanlarımız oldu, qələbə qazana da bilərdik”.

 

Yığmamız sabah növbəti oyununa çıxacaq. Rəqib Gürcüstanın U-15 millisidi. Oyun Bakı vaxtı ilə 16:00-da başlayacaq. Digər oyunda Türkiyənin U-15 və U-14 milliləri üz-üzə gələcəklər. Bu qarşılaşma 18:00-da start götürəcək.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

 

Tarix: 24 Aprel 09:12    Oxunub: 397    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.