“Qarabağ”ın məqsədləri başqadı

Qarabağ”ın legioneri Dani Kintana Premyer Liqanın XXIV turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbə barədə sualları cavablandırıb.

 

Sportinfo.az xəbər verir ki, qarşılaşmada vurulmuş yeganə qolun müəllifi olan ispaniyalı yarımmüdafiəçi əvvəlcə Ağdam təmsilçisinin çempionluğu rəsmiləşdirməsi ilə bağlı fikirlərini bölüşüb.

 

- Qalib gəlməsək də, çempion olmaq şansımız var idi. Lakin oyunu layiqli, qələbə çalaraq bitirmək istəyirdik. Sumqayıt səfəri istənilən rəqib üçün çətindir. Buna rəğmən, qalib gəldik. Ardıcıl 5-ci dəfə çempion olduq. Buna layiq olduğumuzu düşünürəm.

 

“Qarabağ”ın heyətində ardıcıl 3-cü çempionluğunuzu qazandınız. Bu mövsüm digərlərindən nə ilə fərqləndi?

- Çempionluq bir həvəs, istəkdir. Hərəsinin mənim üçün ayrı yeri var. “Qarabağ”ın məqsədləri başqadır. Həmişə Avropada yüksək səviyyədə çıxış etməyi hədəfləyən bir klubdur. Bu dəfə də istisna deyil. Məqsədimiz komandanı avrokuboklarda ən yüksək səviyyədə təmsil etməkdi.

 

Sizi növbəti mövsümdə də “Qarabağ”da görə biləcəyik?

- Hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir. Qısa müddətdə hər şey bəlli olacaq.

 

Çempionluğu erkən rəsmiləşdirdiyiniz üçün özünüzü “Bavariya” və PSJ kimi hiss edirsiniz? Çempionluq sevinci üzünüzdən hiss olunmur...

- Təbii ki, birinci çempionluq ilə sonuncunun gətirdiyi sevinc eyni deyil. Əsas məqsəd avrokuboklarda iştirak etməkdir. Nəticə etibarı ilə qələbə sevinci hır zaman xoşdur.

Tarix: 24 Aprel 09:24    Oxunub: 386    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.