Bakıda gimnastika üzrə beynəlxalq “AGF Junior Trophy” turniri start götürdü

Bakıda gimnastika üzrə beynəlxalq “AGF Junior Trophy” turniri start götürüb.

 

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə fərdi proqramda təsnifat yarışları baş tutacaq.

 

Nəticələrə əsasən, bu gün komanda hesabında qaliblər və ayrı-ayrı alətlər üzrə finalçıların adları müəyyənləşəcək.

 

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, iştirakçılar 2003 - 2005-ci il yaş kateqoriyasında mübarizə aparacaqlar.

 

Turnirdə Azərbaycanı Dərya Farşbafşəhriyari, Arzu Cəlilova, Yelizaveta Luzan və Dərya Sorokina təmsil edir. Ümumilikdə isə, yarışlarda 18 ölkənin idmançıları iştirak edəcək.

 

“AGF Junior Trophy” turniri 1 - 3 iyunda İspaniyanın Qvadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək. 

Tarix: 24 Aprel 08:48    Oxunub: 295    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.