Azərbaycan yığması Afrika kuboku uğrunda 15 medal qazandı

Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.

 

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir.

 

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

 

Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıb

Tarix: 24 Aprel 09:00    Oxunub: 308    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.