DÇ-2018 üçün millinin heyətini Messi müəyyənləşdirəcək?

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli DÇ-2018-ə yollanacaq heyəti Lionel Messi ilə birgə müəyyənləşdirəcək.

 

Sportinfo.az xəbər verir ki, Sampaoli bu həftə Barselonaya gedərək, Messi ilə görüşəcək və millinin mundial üçün heyətini müzakirə edəcək.

 

Mütəxəssislə hücumçu ilkin olaraq 35 nəfərlik heyəti müzakirə edəcək. Mayda isə yekun heyəti müəyyənləşdirəcəklər.

 

Daha öncə də Argentina millisində heyətin Messinin göstərişi əsasında müəyyənləşdirildiyi barədə xəbərlər yayılmışdı.

Tarix: 24 Aprel 00:50    Oxunub: 301    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.