Viza problemi: "Həmin yarışa qatılmağımız mümkün deyil”

ABŞ İran idmançılarına viza qadağasını aradan qaldırıb. Sportinfo.az xəbər verir ki, bunu İran Oxatma Federasiyasının sədri Məhəmmədəli Sücai qurumun saytına açıqlamasında bildirib. ABŞ prezidenti Donald Trampın yanvarın 27-də imzaladığı fərmana əsasən, İran, İraq, Suriya, Yəmən, Somali, Sudan və Liviya vətəndaşlarına 90 gün ABŞ-a viza verilməsi qadağan edilib. 


“Yarışın başlamasına iki gün qalır. İran idmançılarına vizanı ABŞ-ın Ermənistandakı səfirliyi verməli idi. Ancaq səfirlik tərəfindən viza gec verildiyindən bizim həmin yarışa qatılmağımız mümkün deyil”, - deyə o vurğulayıb.
Məlumata görə, fevralın 10-12-də ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində Kamandan oxatma üzrə Dünya Kuboku keçiriləcək.

Tarix: 8 Fevral 19:07    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.