"ShamkirChess 2018": Bolqar Veselin Topalov vahid lider oldu

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən Shamkir Chess 2018 superturnirində 5-ci turun görüşləri keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçılarının hamısı turu heç-heçə ilə başa vurub.

 

Teymur Rəcəbov çinli Dinq Lirenlə, Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giriylə, Rauf Məmmədov isə rusiyalı Sergey Karyakinlə xalları yarı bölüb.

 

Dünya çempionu Maqnus Karlsen Radoslav Voytaşekə, Veselin Topalov isə David Navaraya qalib gəlib.

 

Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan) - 0.5:0.5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5
Maqnus Karlsen (Norveç) - Radoslav Voytaşek (Polşa) - 1:0
David Navara (Çexiya) - Veselin Topalov (Bolqarıstan) - 0:1

 

Turnir cədvəli: Veselin Topalov – 3,5. Maqnus Karlsen – 3,0. Dinq Liren, Teymur Rəcəbov, Aniş Giri, Rauf Məmmədov, Sergey Karyakin – 2,5. Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, David Navara – 2,0.

Tarix: 24 Aprel 00:40    Oxunub: 274    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.