Cənubi Azərbaycan klubu Sağlamla yollarını ayırır

“Traktorsazi”  Ərtoğrul Sağlamla yollarını ayırır.

 

Sportinfo.az xəbər verir ki, buna səbəb baş məşqçinin ona olan ümidləri doğrultmamasıdı.

 

Türkiyəli baş məşqçi bu ilin yanvar ayında Təbriz komandası ilə müqavilə imzalamış, o dövrdə İran liqasında 11-ci sırada olan komandanı daha yuxarı pillələrə qaldırmağı hədəflədiyini bildirmişdi.

 

Təbrizə gedərkən yüzlərlə azarkeş tərəfindən qarşılanan 48 yaşlı çalışdırıcı söz verdiyi sıçrayışı komandaya yaşada bilmədi.

 

Liqada 10-cu yerdə qərarlaşan və Asiya Çempionlar Liqasını sonuncu sırada tamamlayan “qırmızı-ağlar” baş məşqçisini dəyişmək qərarına gəlib.

 

Onlar Ə.Sağlamın yaxşı mütəxəssis olduğunu, lakin İran liqası haqqında kifayət qədər məlumatlı olmadığını bildiriblər. İran liqasında çempionun bəlli olmasına 2 matç qaldı və “Traktorsazi” bu gün evində son matçına çıxacaq.

Tarix: 23 Aprel 21:00    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.