"Yeni baş məşqçi tapılması ilə bağlı onlara kömək etməyəcəm"

Mövsümün sonunda “Arsenal”dan ayrılacağını açıqlayan Arsen Venger kluba yeni baş məşqçi tapmaqla bağlı rəhbərliyə kömək etməyəcəyini deyib.

 

Sportinfo.az xəbər verir ki, fransız mütəxəssis “Mirror” nəşrinə açıqlamasında bunun onun işi olmadığını bildirib:

 

“Arsenal”a yeni baş məşqçi tapılması ilə bağlı kömək etməyəcəm, hamı öz işi ilə məşğul olmalıdı. Mənim işim idman nəticələri, maliyyə və transferlərdi.

 

İngiltərədə başqa klubu çalışdırmaq? Emosional olaraq bu çox çətin görünür. “Arsenal” mənə çox doğma klubdu, buna görə, dərhal başqa kluba keçmək çətindi”.

Tarix: 23 Aprel 20:48    Oxunub: 362    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.