Rusiya pasportu olan krımlılar CL-in finalına buraxmayacaq

Mayın 26-da Kiyevdə Çempionlar Liqasının final qarşılaşması keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, Krımda yaşayanlar final oyununa stadiondan baxa bilməyəcəklər.

 

Buna səbəb isə onların Rusiya pasportuna sahib olmalarıdı. Rusiya 2014-cü ildə yarımadanı işğal etdikdən sonra krımlılara Rusiya pasportu verib.

 

Ukrayna hakimiyyəti bildirir ki, bu pasportlar qanunsuz olduğu üçün, yarımada sakinləri ÇL-in finalına baxmaq üçün Kiyevə gələ bilməyəcəklər.

 

UEFA bu məsələyə müdaxilə etmək niyyətində deyil. Avropanın ali futbol qurumundan bildirilib ki, problem Ukraynanın daxili işi olduğu üçün ona müdaxilə edə bilməzlər.

Tarix: 23 Aprel 20:12    Oxunub: 295    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.