Azərbaycanda “Federasiya kuboku” uğrunda komanda yarışları

Şirvan şəhərində cüdo üzrə regionlararası “Federasiya Kuboku” uğrunda komanda yarışları keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, turnir yeniyetmələr üzrə 15 yaşadək cüdoçular arasında təşkil olunub.

 

Yarışda müxtəlif bölgələrdən olan perespektivli cüdoçular mübarizə aparıblar. Daha yaxşı nəticə göstərən “Sumqayıt-1" komandası “Federasiya Kuboku”nun növbəti mərhələsinin qalibi olub.

 

“Bakı-3” klubu 2-ci, “Şimal Qərb" komandası isə 3-cü yeri tutub. Regionlararası “Federasiya Kuboku” uğrunda komanda yarışlarının növbəti mərhələsi aprelin 28-də Xaçmaz rayonunda keçiriləcək.

Tarix: 23 Aprel 20:00    Oxunub: 264    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.