İlk dəfə vətənini tərk etdi, 13-cü adı Azərbaycanda aldı

"Qarabağ"ın legioneri Yakub Jezniçak vətəni Polşanın tarixinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Azərbaycan çempionu olmaqla, karyerası ərzində 13-cü kuboku qazanıb.

 

Beləliklə, o, həmyerlilərinin rekorduna şərik çıxıb. Jezniçak titul sayında Polşa milli komandasının sabiq futbolçuları Ernst Pol və Kşiştov Vajixa ilə bərabərləşib.

 

Yakub Jezniçak əvvəlki 12 titulunu Polşanın "Legiya" klubunun heyətində qazanıb. O, 5 dəfə Polşa çempionluğu, 6 dəfə ölkə kuboku və 1 dəfə Superkuboka yiyələnib. Təcrübəli müdafiəçi 2017-ci ilin yayında trasfer olunduğu "Qarabağ"da ilk tituluna sahib çıxıb. 

Tarix: 23 Aprel 19:48    Oxunub: 299    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.