"Neftçi" Avropaya getməlidi"

"Çox çətin bir oyun oldu. Bu, həm bizim, həm də "Qəbələ" üçün belə idi.

 

Gördüyünüz kimi, hər iki komanda meydanda vuruşurdu, sonda da biz qalib gəldik".

 

Sportinfo.az xəbər verir ki,  "Neftçi"nin legioneri İqnasio Herrera Topaz Premyer Liqasının XXIV turunda "Qəbələ"yə evdəki 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bildirib.

 

Onun fikrincə, qazandıqları vacib qələbədə erkən qol həlledici olub: "Təbii ki, Ruslan Abışovun vurduğu qol möhtəşəm idi. Bu qol çox lazımlı anda gəldi.

 

Nəticədə qazandığımız 3 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəldik. Avropaya getməliyik. Bunun üçün sonadək mübarizə aparacağıq"

 

"Neftçi" "Qəbələ"ylə "Bakcell Arena"da 4 gündə tam fərqli oyunlar nümayiş etdirdi. İqnasio kubokdan fərqli olaraq çempionat matçında daha istəkli olmalarını belə izah edib:

 

"Həmin yarımfinal matçında hesabı biz açdıq. Ancaq sonradan 2 qol buraxdıq. Bu zaman bizim üçün çox çətin bir vəziyyət idi. "Qəbələ" həmin 2 qolu özünə çox lazımı anda vurdu.

 

Bu zaman özümüzü toparlamaq bizə çox ağır idi. İkinci hissədə penaltidən qol buraxdıq və bundan sonra vaxtımız da olmadı ki, 2 qol vuraq. Futbolda belədi ki, lazımı anda qol vurursansa, oyun sənin xeyrinə dəyişir. Qolu buraxırsansa, əksinə olur".

 

Herrera qış fasiləsindən sonra daha yaxşı oynamasından da danışıb: "Razıyam ki, qol sayında xeyli artım var.

 

Qış fasiləsindən sonra daha çox fərqlənmişəm. Ancaq həmişə belə səviyyədə oynamağa çalışıram. Nəinki özümün, komanda yoldaşlarımın da fərqlənməsinə səy göstərirəm.

 

Onlar üçün cinahlardan ötürmələr edirəm. Qışdan qabaq da belə oynamağa çalışırdım. Ancaq indi oyunumda artım var. Onu da nəzərə alaq ki, keçən il Derlis Meza Koliylə birgə yarımmüdafiənin mərkəzində oynayırdım".

Tarix: 23 Aprel 19:36    Oxunub: 618    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.