“Qarabağ”la danışıqlarımız hələ davam edir" - İSPANİYALI

Premyer Liqanda 24-cü turunda “Sumqayıt”ı səfərdə məğlub edərək(1:0), çempionluğunu rəsmiləşdirən “Qarabağ” ın futbolçusu Dani Kintana açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilk olaraq, çempionluq sevincini və oyun haqda fikirlərini səsləndirib:

 

“Bu matçda qalib gəlməsək belə, çempion olmaq şansımız var idi. Amma istənilən halda, oyunu layiqli qələbəylə bitirmək istəyirdik.

 

Bu meydan istənilən rəqib üçün çətin səfər sayılır. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. 5-ci dəfə ardıcıl çempion olduq. Məncə, çempionluğa layiq idik”.

 

O, Ağdam klubu ilə Avropada yüksək nəticələr qazanmaq istədiyini söyləyib: “Hər bir futbolçu üçün çempionluq həvəs, istəkdir. Öncədən oynadığım klubların da məndə ayrı-ayrılıqda yeri var.

 

“Qarabağ”ın isə məqsədləri başqadır. Hər zaman Avropada yüksək nəticələri özünə hədəf qoyur. Bu dəfə də məqsədimiz Avrokuboklarda oynayıb, “Qarabağ”ı ən yüksək səviyyədə təmsil etməkdi”.

 

D. Kintana komandadakı gələcək taleyi haqda da danışıb: “Qarabağ”da növbəti mövsüm qalacağım hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir.  Qısa müddətdə hər şey aydın olacaq”.

Tarix: 23 Aprel 18:48    Oxunub: 462    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.