Avropa parlamentinin deputatları boykota çağırdı - DÇ-2018-i

Avropa parlamentinin 60 deputatı Avropa İttifaqına müraciət edərək, Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyə çağırıblar.

 

Sportinfo.az xəbər verir ki, deputatlar Rusiya kimi avtoritar bir ölkədə mundialın keçirilməsinin yolverilməz olduğunu bildiriblər.

 

Onlar qeyd ediblər ki, Rusiya prezidenti Vladimir Putin Avropa dəyərlərini ələ salır: “Bu çətin dövrdə bütün dünya Avropaya müraciət edir. Bizim ölkələr avtoritar və antiqərb yolu seçən Putinin siyasətinə dəstək verməməlidi.

 

Dünyanın demokratik dəyərlərini və insan hüquqlarının müdafiəsini qorumaq, Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etmək lazımdı. Putin Avropa dəyərlərini ələ salır”.

Tarix: 23 Aprel 18:36    Oxunub: 140    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.