Rəşad Sadıqovun 7 "TAC"ı

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov öz rekordunu yeniləyib.
 

Sportinfo.az xəbər verir ki, bu il 36 yaşı tamam olacaq müdafiəçi karyerasında 7-ci dəfə Azərbaycan çempionu olub.

 

Dalbadal 5 dəfə (2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18) Ağdam klubu ilə çempionluq sevinci yaşayan təcrübəli futbolçu 2003-04 və 2004-05-ci il mövsümü “Neftçi”də çıxış edərkən də qızıl medala layiq görülüb.

 

Azərbaycan milli çempionatlar tarixində ən çox çempionluq qazanan futbolçu isə Mahmud Qurbanovdu.

 

Karyerasını bir neçə il əvvəl başa vuran Qurbanov düz 11 dəfə ölkə çempionu olub (3 dəfə “Kəpəz”, 2 dəfə “Şəmkir”, 3 dəfə “Neftçi”, 1 dəfə “Xəzər Lənkəran”, 1 dəfə “İnter”, 1 dəfə “Bakı”nın heyətində).

Tarix: 23 Aprel 18:12    Oxunub: 292    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.