Premyer Liqada mövsümün ən yaxşı gənc futbolçusu bilindi

İngiltərədə 2017/18 mövsümünün ən yaxşı gənc futbolçusu bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, yerli futbol federasiyasının saytı cari mövsümün ən yaxşı gənc futbolçusunun “Mançester Siti”nin üzvü Leroy Sane olduğunu açıqlayıb.

 

Sanenin rəqibləri həmklubları Ederson Moraes, Rahim Sterlinq, Çempionşip təmsilçisi “Fulhem”in futbolçusu Rayan Sessenyon, həmçinin, Markus Reşford (Mançester Yunayted) və Harri Keyn (Tottenhem) olub.

 

22 yaşlı almaniyalı futbolçu Premyer Liqanın cari mövsümündə şans qazandığı 28 matçda 9 qol vurub, 12 qol ötürməsi verib.

Tarix: 23 Aprel 16:00    Oxunub: 215    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.