Avam Samir Əliyev "Səbail"də özü-özünə "torba" tikir

Samir Əliyev tam bir Nuh adamıdı.

 

O əyyamdan qalmış yəni…

 

Hər cür nağıllara inanır. Misalçün, inanır ki, «Səbail» gələn mövsüm fərqli bir don geyinəcək, güclü olacaq, hər gəlib-gedənin qarşısında əyilməyəcək.

 

Olsun, iddialı klubların sayının artması futbolumuzun xeyrinədi. «Səbail» paytaxtı təmsil etsə də, azarkeş sarıdan yoxsul görünsə də, güclənməsindən Premyer Liqa ziyan çəkməz. Medallar uğrunda 3-4 klub mübarizə aparırsa indi, «Səbail»in də iştaha gəlməsi ilə rəqabət meydanı bir az da olsa, böyüyər.


Samir Əliyevin buna nə dərəcədə hazır olması deyil bəndənizə qaranlıq qalan. Mənə o şübhəli qalır ki, Əliyevə belə bir vəd həqiqətən verilibmi? Kimdi o* Hardan bilir?

 

Bu klubu yaradan Rövnəq Abdullayevdi. Oğlu Rəşadın başını qarışdırmaq üçün. Gözünə döndüyüm Rəşad Abdullayev də «Səbail»in eşqinə 1 il Bakıda qaldı və son məlumatlara görə, aylardı butərəflərə ayaq basmır, yenə Türkiyədədi.

 

Ata Abdullayev «Səbail»in havasını müəyyənləşdirən yeganə şəxsdi. Əliyev nəinki onunla, heç oğluyla belə, kontakta girə bilmir. Elə isə bu gənc mütəxəssisin kiminsə sözüylə «dəli-dolu» açıqlama verməsi… Çox gülüncdü.


Çün «Səbail»in üzdə olan və olmayan rəsmiləri nəyisə həll edəcək, hansısa səlahiyyətə malik biriləri deyil. Onlar, sadəcə, maaş almaq, kənarda yeyib, ortalıqda görünmək üçün ordadılar. 


0:1 hesablı məğlubiyyətlərə 1:0 hesablı qələbədən az sevinməyən Samir Əliyev «Səbail»ə sırf dolanışıq yeri kimi baxır.

 

Onu burda perspektiv gözləmir. Abdullayevlər klubun pulunu bir az artıq eləsələr, baş məşqçi postuna iddialıların sayı yağışdan sonra çıxan göbələklərin sayından artıq olacaq.

 

Hərə bir yerdən AFFA-ya hücum çəkəcək, komandanın içinə «desant» atacaq. Qarğa-quzğun əlindən tərpənə bilməyəcək. Ona göz açdırmazlar heç. Üç-dörd futbolçunun vasitəsilə «torba»sını elə tikərlər, ruhu da inciməz.


Əliyev işinin həvəskarıdı. Diplomatiyası sıfırdı amma. Olardı bir az yaşlı, bir da təcrübəli biri onun yerində, yatmışları oyatmazdı. Dindirəndə də bir göz yaşı tökərdi, bir ağlamsınardı ki, «Səbail»də nəfsi qalan da istəyindən dolayı peşmançılıq duyardı.

 

Əliyev isə ağaca qonub, «məndə qoz var» deyən qarğanın səhvini edir...

 

ELNUR

Tarix: 23 Aprel 15:36    Oxunub: 480    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.