"Kəpəz"in sevilən Dariosu indi necə xoşbəxt olsun ki..

“Kəpəz”in futbolçusu Dario Federiko Topaz Premyer Liqasında qol sayını 10-a çatdırıb.

 

Sportinfo.az xəbər verir ki, 24-cü turun “Səbail”lə səfər oyununda (1:1) hesabı açan braziliyalı cari mövsümdə 3-cü dəfə fərqlənib və Azərbaycan çempionatlarında ümumi qol sayında yubiley qeyd edib.

 

O, 10-cu qolunu Premyer Liqadakı 43-cü matçda rəqib qapısından keçirib. 2015/16 mövsümündə 12 oyunda 3, 2016/17 mövsümündə 22 qarşılaşmada 4 dəfə qol sevinci yaşayan hücumçu cari çempionatda 9-cu matçında 3-cü uğuruna rəsmiləşdirib.

 

Bununla da Federiko “Kəpəz”in tarixində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 27-ci futbolçu, 6-cı legioner olub.

Tarix: 23 Aprel 15:12    Oxunub: 302    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.