Millimiz "İnkişaf"da Bosniya və Herseqovinaya məğlub oldu

Bosniya və Herseqovinada təşkil olunmuş 16 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə yekun vurulub. 

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması turnirin sonuncu günündə meydan sahibləri ilə qarşılaşıb. Millimiz bu görüşdə 1:2 hesabı ilə məğlub olub. 

 

Komandamız ilk görüşündə Makedoniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitən görüşdə penaltilər seriyasında qələbə qazanıb - 6:5.

 

Xorvatiya ilə növbəti görüşün də əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Lakin penaltilər seriyasında bu dəfə rəqib üstün olub - 3:2.

Tarix: 23 Aprel 14:24    Oxunub: 243    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.