AFFA "Xəzər"i Premyer Liqaya buraxsa… Bu rayonu təmsil edəcək

Yeni ildən sonra tamamilə dəyişən və qələbələri sıralayan «Xəzər» inanılmazı bacarıb.

 

Qış fasiləsinədək autsayderlər qrupunda yer alan debütant çempionluğa iddialı duruma gəlib.

 

44 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksələn «qırmızılar»ı lider «Qaradağ Lökbatan»dan 2 xallıq məsafədə qərar tutub. 


Yeni yaranmış klubun gələn mövsüm Premyer Liqada mübarizə aparması gözlənilir. Artıq lisenziyalaşdırma proqramına aid bütün sənədlər AFFA-ya təqdim olunub.

 

Federasiya üçün maddi-texniki baza əsasdı. «Xəzər»in maliyyə cəhətdən heç bir problemi yoxdu və I Divizionun bu baxımdan ən sabit iştirakçısıdı.

 

İnfrastruktur məsələlərinə gəlincə, bildiyimizə görə, aşağı dəstə təmsilçisi mühüm yeniliyə hazırlaşır. Redaksiyamıza daxil olan məlumata görə, «Xəzər» bundan sonra paytaxtı təmsil etməyəcək, bölgəyə köçəcək.


Bir neçə gün öncə xəbər vermişdik ki, sözügedən klubun Lənkərana köçməsi və «Xəzər Lənkəran»la birləşməsi variantı nəzərdən keçirilib.

 

Biz bununlda bağlı detalları açıqlamışdıq. Yeni bilgi isə ondan ibarətdi ki, AFFA «Xəzər»in Qubada məskunlaşmasının tərəfdarıdı.

 

Hazırda bu şimal rayonunun şərəfini qoruyan «Şahdağ» Region Liqasında mübarizə aparır. «Şahdağ» yerli İcra Hakimiyyətinin və federasiyanın dəstəyi ilə yaradılıb, sadəcə, maddi imkanları çox aşağıdı.

 

Qubada futbol adına şərait var, lakin sponsorun olmaması üzündən bu sahəni inkişaf etdirə bilmir. «Xəzər»in himayədarları isə həm güvənli, həm də iddialıdı. Planları böyükdü.

 

AFFA klubun Premyer Liqada yarışmasına icazə versə, Quba futbol «bum»u yaşayacaq, qısa müddətdə müxtəlif işlər görüləcək. Baza və stadionla yanaşı, uşaq akademiyasının formalaşdırılmasına başlanacaq.

 

Olimpiya Kompleksinə köklü surətdə əl gəzdiriləcək, komanda gündəlik məşqlərini burda keçirəcək, yerli əhali arasında futbolun təbliğatı və təşviqatı aparılacaq. 


SPORTİNFO.AZ

Tarix: 23 Aprel 13:24    Oxunub: 769    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.