Yeni legionerlər götürən millimiz Türkiyəyə nə edəcək?

Bu gün Antalyada Beynəlxalq Hazırlıq Turniri start götürəcək.

 

Əsasən 2003-cü il təvəllüdlü futbolçulardan qurulmuş yığmaların iştirak edəcəyi turnirdə U-16 millimiz də iştirak edir.

 

Turnirdə Azərbaycandan başqa daha 3 komanda – Türkiyənin U-14, U-15 milliləri və Gürcüstanın U-15 yığması mübarizə aparacaq.

 

Türkiyənin və Gürcüstanın U-15 komandaları 2003-cü il təvəllüdlü futbolçulardan qurulub. Yunanıstanın turnirdə iştirakdan imtina etməsindən sonra təşkilatçılar onları Türkiyənin 2004-cü il təvəllüdlü futbolçuları ilə əvəzləmək məcbüriyyətində qalıblar.

 

Komandamız ilk oyununa bu gün Bakı vaxtı ilə saat 16:00-da çıxacaq. Türkiyənin 14 yaşlılarına qarşı mübarizə aparacaq millimiz növbəti oyununu aprelin 25-də gürcülərə, aprelin 27-də isə Türkiyənin U-15 komandasına qarşı keçirəcək. Turnirin təqvimi belədir:

 

23 aprel

16:00 Türkiyə U-14 – Azərbaycan U-16

18:00 Türkiyə U-15 – Gürcüstan U-15

 

25 aprel

16:00 Azərbaycan U-16 – Gürcüstan U-15

18:00 Türkiyə U-15 – Türkiyə U-14

 

27 aprel

15:00 Türkiyə U-14 – Gürcüstan

17:00 Türkiyə U-15 – Azərbaycan U-16.

 

 U-16 millimizin baş məşqçisi Azər Məmmədov Antalyaya 21 futbolçu aparıb: Kamran Şabiyev, Fərrux Fərzəliyev, Bəhruz Tanırverdiyev, Vüsal Vəliyev (hamısı «Vətən»), Mirismayıl Rəhimov, Elnur Əliyev (hər ikisi «Qarabağ»), Rəşad Həsənov, Əbil Əbilov, Vaqif Həsənov (hər üçü «Keşlə»), Kamal Kazımov, Mehrac Baxşəliyev, Ülvü Mədətov, Süleyman Damadayev, Vüsal Mirzəzadə (hamısı «Qəbələ»), Ayxan Cabbarov («Savedalens» IF, İsveç), Vüsal Qənbərov («Technofootball» FK, İspaniya), Cəlal Hüseynov, Gülağa Əsədov (hər ikisi «Zirə»), Nihad Cəfərov («Neftçi»), Ümid Səmədov, Həsən Seyfullayev (hər ikisi «Kəpəz»).

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 23 Aprel 12:36    Oxunub: 409    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.