Qriqorçuku qəzəbləndirən...

Premyer Liqada XXIV tura yekun vurulub.

 

“Qəbələ” səfər matçında “Neftçi” ilə görüşüb.

 

4 gün öncə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında “Bakcell Arena”ya çıxan komandalar yenidən eyni stadionda qarşılaşblar.

 

“Qəbələ”nin start heyətində kubok matçı ilə müqayisədə iki dəyişiklik olub. Dmitri Bezotosnı və Vojislav Stankoviçi ilk “11-lik”də Aqil Məmmədovla Rasim Ramaldanov əvəzləyib.

 

Qarşılıqlı hücumlarla başlayan matçın startı erkən qolla əlamətdar olub. “Neftçi”nin kapitanı Ruslan Abışov iti bucaq altından yerinə yetirdiyi cərimə zərbəsindən fərqlənib. Hesab açıldıqdan sonra hər iki komanda hücumlar təşkil etsə də, uzun müddət qapılar önündə ciddi təhlükə yaranmayıb.

 

Düzdür, 12-ci dəqiqədə cərimə meydanı yaxınlığında topa yiyələnən Baqali Dabo çərçivəni nişan almağa çalışıb. Lakin müdafiəçiyə çarpan top meydanı tərk edib. İlk yarım saatın sonlarında “qırmızı-qaralar” daha böyük təhlükə yaratmağa nail olub.

 

İlqar Qurbanovun uzaqdan zərbəsini dəf edən rəqib qapıçı Dabonun yaxın məsafədən təkrar cəhdini kornerə çıxara bilib. Az keçməmiş Famussa Konenin qapını nişan almaq cəhdi yaddaqalan, amma qeyri-dəqiq olub. Meydan sahiblərinin fərqi artırmaq imkanının qarşısını isə Aqilin inamlı oyunu alıb.

 

İkinci hissədə oyunun ssenarisi dəyişməyib. “Qəbələ” fəallığı artırsa da, meydan sahibləri topa nəzarəti rəqibə verməyib. Baqalinin cərimə meydanı önündə topa yiyələndiyi anda ona qarşı kobudluq Emin Mahmudovun ikinci sarı vərəqə üzündən meydandan kənarlaşdırılması ilə başa çatıb.

 

Filip Ozobiçin cərimə zərbəsi isə topun tirə tuş gəlməsi ilə nəticələnib. Meydanda say üstünlüyü qazanan “qırmızı-qaralar” bunu topa nəzarətdə də əks etdirib. Böyük üstünlüyə yiyələnən komandamız ardıcıl hücumlar qurub. Lakin paytaxt təmsilçisinin müdafiəçiləri “Qəbələ”nin həmlələrinin qarşısını almağı bacarıb.

 

Bakılıların qapıçısı da bir neçə dəfə oyuna daxil olub və qola imkan verməyib. Meydan sahiblərinin bir neçə sürətli əks-hücumu da yaddaqalan olub. Lakin rəqiblərdən heç biri hesabı dəyişə bilməyib. Beləliklə, “Qəbələ” paytaxt səfərindən xalsız dönüb – 0:1.

 

Roman Qriqorçuk: “Yaxşı oyun alındı. Təəssüf ki, uduzduq. Amma futbolda belə hallar olur. Futbolçularımız kifayət qədər yaxşı oynadı, amma uduzular. Onlara dedim ki, üzülmək, məyus olmaq üçün əsas yoxdu.

 

Çünki bu matçda yaxşı səviyyədə hərəkətlilik, sürət, oyun təşkili nümayiş etdirdik. Yaxşı qol imkanlarımız da oldu. Öz qapımız önünə çox qol imkanı buraxmadan qola üzüldük. Belə epizod xatırlamıram. Bu qol cərimə zərbəsindən vuruldu ki, orda qayda pozuntusu da yox idi.

 

Bu da ilk dəqiqələrə təsadüf etdi. Mənim üçün oyunun əvvəlində olmayan foldan sonra cərimə zərbəsindən qol buraxmaq çox mənfi haldır. Bu gün komandam yaxşı oynadı. Rəqibin də yaxşı oynadığını qeyd etməliyəm.

 

Futbolçularımız çox çalışdılar, düzgün oynadılar. Düzdü, müəyyən səhvlər də oldu. Dmitri Bezotosnı zədə üzündən bu matçda iştirak etmədi. Kubok qarşılaşmasına tam bərpa olunmadan çıxmışdı. Bu dəfə onu qorumağı lazım bildik.

 

Ruslan Qurbanovun müdafiədə oynamasına gəlincə, futbolçu bu mövqedə kifayət qədər yaxşı çıxış edir. O, həm hücumda, həm müdafiədə oynamağı bacarır. “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bizim qarşıda 4 çempionat matçımız var. Hər görüşdə qalib gəlməliyik”.

 

“Neftçi” – “Qəbələ” 1:0

“Bakcell Arena”, 1500 tamaşaçı  

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Vaqif Musayev          

Dördüncü hakim: Əliyar Ağayev  

AFFA nümayəndəsi: Ramiz Mustafayev   

Hakim-inspektor: Xaqani Məmmədov 

Sarı vərəqələr: Emin Mahmudov, 19 (qeyri-idman hərəkəti), 63 (qeyri-idman hərəkəti); Kiril Petrov, 32 (qeyri-idman hərəkəti); Ruslan Abışov, 34 (qeyri-idman hərəkəti); Namiq Ələsgərov, 41 (qeyri-idman hərəkəti) // Stiven Monroz, 21 (hakim qərarına etiraz); Filip Ozobiç, 90 (hakim qərarına etiraz)

Qırmızı vərəqə: Emin Mahmudov, 63

Qollar:  Ruslan Abışov, 4

Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

 

“Neftçi”

1. Səlahət Ağayev

15. Ruslan Abışov (k)

21. Məhəmməd Mirzəbəyov

25. Kiril Petrov

5. Anton Krivotsyuk

8. Emin Mahmudov

17. Rəhman Hacıyev

(6. Rəşad Sadiqov, 90+2)

7. Namiq Ələsgərov

(19. Fransisko Qarsiya, 82)

22. Mirabdulla Abbasov

(9. Lukas Qomes, 72)

11. İqnasio Herrera

10. Derlis Meza Koll

Ehtiyat oyunçular:

94. Rəşad Əzizli

2. İlkin Qırtımov

97. Elnur Cəfərov

3. Fərid Abbaslı

77. Elvin Sərkərov

26. Ömər Buludov

12. Mayk Kampaz

Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ” 

23. Aqil Məmmədov

5. Rasim Ramaldanov

(16. Omar Malone, 90)

8. Qismət Alıyev

9. Baqali Dabo

14. Cavid Hüseynov (k)

18. İlqar Qurbanov

19. Filip Ozobiç

28. Stiven Monroz

33. Təmkin Xəlilzadə

(10. Ruslan Qurbanov, 79)

34. Urfan Abbasov

45. Famussa Kone

(6. Elvin Məmmədov, 82)

Ehtiyat oyunçular:

22. Dmitri Bezotosnı

35. Murad Popov

4. Elvin Camalov

29. Hacıağa Hacıyev

32. Amin Seydiyev

74. Yusif Nəbiyev

Baş məşqçi: Roman Qriqorçuk

Tarix: 23 Aprel 12:24    Oxunub: 321    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.