Dünya ulduzlarının xeyriyyə matçında vurulan 7 qol - VİDEO

Dünyanın futbol ulduzlarının iştirakı ilə xeyriyyə oyunu keçirilib.

 

Sportinfo.az xəbər verir ki, xeyriyə qarşılaşması UEFA və BMT-nin təşkilatçılığı ilə baş tutub.

 

Cenevredə Luiş Fiqu ilə Ronaldinyonun komandaları üz-üzə gəlib. Fiqunun komandasında baş məşqçi Didye Deşam, Ronaldinyonun komandasında isə Karlo Ançelotti olub. Oyunu Pyerluici Kollina idarə edib.

 

Qarşılaşma Fiqunun komandasının qələbəsi ilə yekunlaşıb - 4:3. Qaliblərdən qolları Raul, Rober Pires, Nunu Qomeş və Miçel Salqado, məğlublardan isə Seliya Şaşiç, Aleksandr Fray və Kafu vurublar.

 

 

Tarix: 23 Aprel 12:12    Oxunub: 698    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.