"Məğlubiyyət məni daha da güclü edəcək, qazanmağa borcluyam"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirində IV tur sona yaxınlaşır.

 

IV turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bolqarıstan təmsilçisi Veselin Topalova uduzub.

 

Sportinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarov məğlubiyyətə səbəb kimi risk etməsini göstərib:

 

"Oyunda vəziyyət iki dəfə dəyişdi. Əvvəlcə üstünlük əldə etdim. Amma onu inkişaf etdirmək mümkün olmadı. Sonradan Topalov həlledici gedişlərlə vəziyyəti xeyrinə dəyişdi. İki dəfə heç-heçə etməyə imkanım var idi.

 

Yəni istəsəydim oyunu bərabərliklə başa çatdırardım. Sadəcə bu nəticəni istəmədim. Qələbə qazanmağı arzulayırdım. Düşündüm ki, nəhayət bu gün qələbə qazanmaq vaxtıdır. Heç-heçə etmədiyim üçün peşman deyiləm

 

. Risk etdim və sonda uduzdum. Risk etmək həmişə uğurlu sonluqla yekunlaşmır. Bəzən uduzursan. Heç-heçə etməyərək mübarizəni davam etdirdiyim üçün özümü qınamıram.

 

Məğlubiyyət məni daha da güclü edəcək. Motivasiya artacaq. İndi başa düşürəm ki, növbəti turlarda qələbə qazanmağa borcluyam".

Tarix: 23 Aprel 11:48    Oxunub: 262    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.