“Qarabağ” yalnız “Neftçi”dən geri qalır - "Qızıl" sayında

Premyer Liqada 2017/18 mövsümünün qalibi müəyyənləşib. 

 

Sportinfo.az xəbər verir ki, 24-cü turun bu gün keçirilən oyunlarından sonra “Qarabağ” Azərbaycan çempionu titulunu qazanıb.

 

Qurban Qurbanovun yetirmələri səfərdə “Sumqayıt”ı Dani Kintananın qolu sayəsində 1:0 hesabı ilə məğlub edərək Premyer Liqanın sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

 

Bununla da “Qarabağ” ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub.

 

Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib. Ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır.

 

Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.

Tarix: 23 Aprel 11:36    Oxunub: 306    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.