Dadaşovsuz növbəti yenilgi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 30-cu turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Herta II” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun da iştirakçısı olmayıb. O, ağır zədə aldığından uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

 

Onu da bildirək ki, Rüfət hazırda “Dinamo”da forma geyinsə də, növbəti mövsümdən 3-cü Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edəcək. "Dinamo" hazırda 53 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Tarix: 23 Aprel 11:24    Oxunub: 212    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.