U-17 Liqası: "Qəbələ" çempion?

Bu gün «Bakcell U-17 Liqası»nda 29-cu turun oyunları keçiriləcək.

 

«Zirə» ilə oyunda qalib gələcəyi təqdirdə «Qəbələ» çempionatın başa çatmasına 4 tur qalmış çempionluğunu elan edəcək.

 

Doğrudu, 2-ci pillədəki «Neftçi» bu tur büdrəməyəcəyi halda «Qəbələ» ilə 12 xallıq fərqi qoruyub saxlaya biləcək. Amma qalan 4 turda bu fərqin sıfıra etməsi mümkünsüzdü.

 

Etsə belə, «Qəbələ» ilə «Neftçi»nin öz aralarında keçirdikləri oyunlara görə «Qəbələ» daha yaxşı nəticəyə malikdir: «Neftçi» - «Qəbələ» 1:1, «Qəbələ» - «Neftçi» 4:0, «Qəbələ» - «Neftçi» 0:1.

 

29-cu turun təqvimi belədir:
12:00 «Sumqayıt» - «Qarabağ» 
(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)


13:00 «Keşlə» - «Xəzər Lənkəran»
(«İnter Arena», 4-cü meydan)


14:00 «Neftçi» İK İB – «Neftçi»
(Lökbatan OİK-nin meydanı)


14:00 «Mil Muğan» - «Ağsu»
(İmişli şəhər stadionu)


14:00 «Qəbələ» - «Zirə»
(Qəbələ şəhər stadionu)


14:00 «Kəpəz» - «Səbail»
(Gəncə şəhəri, TİM-nin meydanı)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Rauf Rüstəmov, Sərcan Ömərov (hər ikisi «Keşlə»), Babək Mehdiyev («Kəpəz»), Zamiq Əliyev («Qarabağ»).

 

Bombardirər: Xəyal Bədirov («Səbail»), Nicat Musayev («Neftçi») – 25 qol, Xəlil Bəşirov («Səbail»), İbrahim Novruzov («Sumqayıt») – 23 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 23 Aprel 11:00    Oxunub: 297    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.