Elvinlə Dmitri oynadı, “Qarabağ” səfərdə qalib gəldi

Avstriyanın Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Admira Vakker” klubunun gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.

 

Emil bu görüşün iştirakçısı olmayıb. Elvin start heyətdə meydana və sonadək oynayıb. Dmitri isə qarşılaşmanın 65-ci dəqiqəsində meydana buraxılıb. “Qarabağ” hazırda 41 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Tarix: 23 Aprel 10:36    Oxunub: 247    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.