Federasiya kuboku uğrunda 5 bölgənin komandası mübarizə apardı

Cüdo federasiyasının qarşısında duran başlıca məsələlərdən biri bölgələrdə kütləviliyə nail olmaqdır.

 

Sportinfo.az xəbər verir ki, ACF-nin dəstəyi ilə bir neçə rayonda zallar yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar.

 

Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

 

Federasiyanın dəstəyi ilə növbəti yarış Masallıda keçirilib. Regionlararası Federasiya kuboku uğrunda 5 bölgənin komandası mübarizə aparıb.

 

Daha yaxşı nəticə göstərən “Bakı-1” mərhələ yarışının qalibi olub. “Qərb-1” klubu 2-ci, “Cənub-1” 3-cü yeri tutub. Yeniyetmələrin komanda yarışının növbəti mərhələsi Şirvanda keçiriləcək.

Tarix: 23 Aprel 01:00    Oxunub: 190    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.