"Samsunspor" heç-heçə etdi, Ufuk Budak hələ müalicə alır...

Türkiyə TFF 1-ci liqasında 32-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda elitada qalmaq uğrunda əsas rəqibi və turnir cədvəlində qonşusu olan “Dənizlispor”la qarşılaşıb.

 

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. Halbuki, qələbə qazanacağı halda, Samsun təmsilçisi bu rəqibini qabaqlayaraq təhlükəni zonadan çıxa bilərdi.

 

Ufuk bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçu hələ də müalicə alır. “Samsunspor” hazırda 35 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb. Eyni xala malik “Dənizlispor” isə 15-ci sırada qalıb.

Tarix: 23 Aprel 00:20    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.