Ölkəmizi təmsil edən klubların Türkiyə qazancı - 22 dəst

Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib. Taekvondo Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, yarışın ilk 2 günü Azərbaycan idmançıları uğurlu çıxışları ilə yadda qalıblar. Ölkəmizi təmsil edən klubların üzvləri hələlik 22 medal qazanıblar.

 

Belə ki, çempionatda dayanq üzərinə çıxan həmyerlilərimizdən Fərid Sultan (51 kq, Lənkəran TİM), Orxan Tağızadə (+78 kq, “Gilan” TK), Mehriban Məmmədova (46 kq, 2 saylı “Gömrükçü” İK), Aylin Eynullayeva (47 kq), İlahə Guluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq, hamısı “Gilan” İK) rəqiblərinə şans vermyərək, qızıl medala sahib olublar.
 
Digər 7 idmançımız - Xanoğlan Kərimov (45 kq, 2 saylı “Gömrükçü” İK, Sumqayıt), Qasım Aslanov (59 kq), Cavad Ağayev (63 kq), Həsən İbrahimov (73 kq), Mivari Qənbərli (42 kq, hamısı “Gilan” TK), Riyad Şirəliyev (37 kq, “Qafqaz” TK) və İlkin Fərzəlizadə (57 kq, “Gilan” İK) finalda məğlub olaraq, ikinci yerlə kifayətləniblər.
 
Mübarizəyə qoşulan daha 9 təmsilçimiz, Məhəmməd Əlizadə (48 kq), Ayaz Qənbərli (48 kq), Nərgiz Mirzəyeva (46 kq), Nərmin Süleymanova (52 kq, hamısı “Gilan” TK), Sevda Pirseyidova (44 kq, “Savalan” TK), Elsevər İsmayılzadə (+65 kq), Nihad Əlizadə (33 kq), Ofeliya Allahverdiyeva (41 kq, hər üçü “Gilan” İK) və İlkin Dünyamalıyev (45 kq, 2 saylı “Gömrükçü” İK) yarışı bürünc medalla başa vurub.

Tarix: 8 Fevral 14:36    Oxunub: 151    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.