Mançini İtaliya millisinin baş məşqçisi olacaq

Roberto Mançini İtaliya millisinin baş məşqçisi olacaq.

 

Sportinfo.az xəbər verir ki, bu iddia ilə İtaliya mətbuatı çıxış edib.

 

53 yaşlı mütəxəssisin hazırda çalışdığı Rusiyanın “Zenit” klubunun mövsümün sonunda onunla yollarını ayırmağı planlaşdırdığı deyilir.

 

Xəbərdə onun mayın 20-də “skuadra adzurra”nın “sükanı arxasına” keçəcəyi qeyd edilib. Mançininin İtaliya yığmasında baş məşqçi kimi ilk oyununun isə mayın 28-də keçirəcəyi vurğulanıb.

 

Milli həmin tarixdə yoldaşlıq görüşündə Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gələcək. “Zenit” Rusiya Premyer Liqasının 26 turundan sonra 48 xalla 3-cü pillədə qərarlaşıb. Piterlilər lider Moskva “Lokomotiv”indən 8 xal geri qalır.

Tarix: 20 Aprel 10:24    Oxunub: 414    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.