Ronaldo ardıcıl 12-ci oyunda fərqləndi, öz rekordunu təkrarladı

"Real"ın hücumçusu Kriştianu Ronaldo İspaniya çempionatının 33-cü turunda evdə "Atletik Bilbao"nun qapısına qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

 

Sportinfo.az xəbər verir ki, "Santyaqo Bernabeu"da keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb.

 

Futbolçu "Real"ın heyətində 12 oyun ardarda qol vurmaqla öz rekordunu təkrarlayıb. Portuqaliyalı hücumçu bu göstəriciyə 2014/2015-ci illər mövsümündə çatıb.

 

Ronaldonun hesabında ümumilikdə ölkə çempionatının 25 oyununda 24 qol var.

Tarix: 20 Aprel 08:12    Oxunub: 429    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.