"Bu mövsüm çempion olmamağımızın səbəbini bilmirəm"

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, "Mançester Siti"nin bu mövsüm çempion olmasından sonra tənqidlərə tuş gələn portuqaliyalı mütəxəssis 4 ölkədə 8 çempionluq yaşadığını xatırladıb:

 

"Çempionluğun necə əldə edildiyini bilirəm. Bəziləri kimi 20 il titulsuz qalmıram. 4 ölkədə 8 çempionluq yaşamışam. Elə İngiltərədə 3 dəfə çempion olmuşam.

 

Bu mövsüm çempion olmamağımızın səbəbini bilmirəm. Əlbəttə, "Mançester Siti"nin gücünə şübhə yoxdu.

 

Hər komponentdə üstün olduqları üçün yarışın qalibi oldular. Ancaq ötən mövsümlə müqayisədə 10 xal çox toplamışıq. Bunu da nəzərə almalıyıq".

 

Mourinyo "Portu" (2), "İnter" (2), "Real" (1) və "Çelsi" ilə 3 dəfə liqa çempionluğu qazanıb.

Tarix: 20 Aprel 00:50    Oxunub: 463    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.