Azərbaycan gimnastları II Avropa Oyunlarına ilk lisenziyalarını əldə etdi

Azərbaycan gimnastları 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına ilk lisenziyalarını əldə ediblər.

 

Sportinfo.az xəbər verir ki, Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında 2 kişi və 2 qadın batutçu bu hüquqa yiyələniblər.

 

Azərbaycan millisi Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlarda maksimum sayla – 4 idmançı təmsil olunacaq.

 

Həmçinin ötən həftə Belçikanın Antverpen şəhərindəki dünya çempionatında qarışıq cütlüyün uğurlu çıxışları onların da Avropa Oyunlarına yolunu açıb.

 

“Bakı 2015” I Avropa Oyunlarında olduğu kimi, “Minsk 2019”da da gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək.

Tarix: 20 Aprel 00:40    Oxunub: 420    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.