Messi paltardəyişmə otağında etiraz etdi, Valverde susdu

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Roma”ya uduzaraq (0:3) mübarizəni dayandıran “Barselona”nın paltardəyişmə otağında fikir ayrılığı yaşanıb.

 

Sportinfo.az xəbər verir ki, matçdan dərhal sonra, paltardəyişmə otağında Lionel Messi baş məşqçi Ernesto Valverdeyə iradlarını bildirib.

 

Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Onun mütəxəssisə “boss, bu, fiziki cəhətdən hazırlıqlı olan futbolçuların oynaması gərəkən matç idi” dediyi qeyd edilib.

 

Leonun etirazlarını davam etdirməsindən sonra Valverdenin heç nə demədiyi, bir müddət paltardəyişmə otağında səssizliyin hökm sürdüyü vurğulanıb.

 

ÇL-in 1/4 final mərhələsinin ilk oyununda evdə “Roma”ya 4:1 hesabıyla qalib gələn “Barsa” yarımfinala çıxmağa əsas namizəd kimi göstərilsə də, Kataloniya təmsilçisi səfərdə 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb.

Tarix: 20 Aprel 00:00    Oxunub: 568    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.