Tale Heydərov səxavət kisəsinin ağzını açdı – 9000 AZN!

«Qəbələ»nin prezidenti Tale Heydərov futbolçuları bağışlayıb və… mükafatlandırıb!

 

Gözlənildiyi kimi, komandanın yeni ildən sonrakı çıxışı gənc iş adamının qətiyyən qane etməyib.

 

Çempionluq uğrunda mübarizənin «Qarabağ»a uduzulması Heydərovu pərişan etdiyindən, o, fevraldan bu yana qazanılan qələbələrə görə mükafat verilməsini dayandırıb.


Dünən isə sözün həqiqi mənasında hadisə baş verib. «Neftçi»ni kubokun yarımfinal mərhələsindən uzaqlaşdıran «Qəbələ» rəhbərindən ikiqat ənam alıb.

 

Prezident finala vəsiqə qazanması münasibətilə həm komandanın hər bir üzvünə 5000 manat hədiyyə edib, həm də ötən oyunlardan yığılıb qalan mükafatların ödəniləcəyini bildirib. Bu isə üst-üstə 9000 manat təşkil edir.

 

SPORTİNFO.AZ

Tarix: 19 Aprel 20:36    Oxunub: 994    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.