"Öz-özümə deyirəm ki, sən birinci ola bilərsən!"

Mohammed Salah "Liverpul”un tarixinə düşmək planlarından danışıb.


Sportinfo.az xəbər verir ki, misirli futbolçu bir mövsümdə daha çox qol vuraraq İan Raşın rekordunu yeniləmək istəyir.

 

Şənbə günü "Bornmut”un qapısına 40-cı topunu vuran Salah Rocer Hant və Raşdan sonra bu nəticəni göstərmiş 3-cü "Liverpul”lu olmağı bacarıb.

 

Hərçənd 25 yaşlı Mohammedin 1983/84 mövsümündə 47 dəfə rəqib qapıçıları məyus edən Raşı qabaqlamaq şansı da var. Salah mövsümün sonuna qədər İngiltərə Premyer Liqasında daha 4 və Çempionlar Liqasının yarımfinalında 2 matça çıxa biləcək.

 

"Liverpul” ÇL-in finalına yüksəlsə, sözügedən futbolçu mövsümün qalan bölümündəki 7 oyunda qoleadorluq bacarığını ortaya qoymaq imkanı qazanacaq.

 

Misirlinin ümidləri böyükdü: "Liverpul” kimi klubun tarixinə düşmək üçün əla şansım var. Qeyri-adi hisslər keçirirəm.

 

Bacarsam, özümü xoşbəxt sayacam. 40 top vurduğum üçün məmnunam. Davamını gətirmək istəyirəm. Belə klubun əfsanələri ilə bir cərgədə durmaq olduqca qürurvericidi. Həmişə irəli baxıram.

 

Öz-özümə deyirəm ki, Mohammed, sən birinci ola bilərsən! Bunu bacararsan! Rekordu yeniləmək üçün bacardığımı ortaya qoyacam. Amma əvvəllər də dediyim kimi, biz komanda olaraq güclüyük”.

Tarix: 19 Aprel 20:12    Oxunub: 499    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.