"Qəbələ"də qalıb-qalmayacağım haqda indi bir şey deyə bilmərəm"

"Qəbələ"nin xorvatiyalı legioneri Filip Ozobiç Azərbaycan kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 3:1 hesabıyla qalib gəldikləri cavab  oyunu barədə sualları cavablandırıb. 

 

Oyundan sonra paltardəyişmə otağına gedərkən "Neftçi"nin çilili yarımmüdafiəçisi İqnasio Herrera ilə aranda insident oldu. Nə baş verdi?

- Elə ciddi şey olmadı.

 

Məgər sən ispanca bilirsən?

- (gülür) Yox, bilmirəm.

 

Onda İqnasioya necə cavab verdin?

- Xorvatca. Bilirəm ki, futbolda belə gərginliklər olur. Əlbəttə, heç kim uduzmaq istəməz. Məğlub olanda əsəbiləşirsən. Bu, normaldı, nə deyə bilərsən?

 

Ümumiyyətlə, insident necə baş verdi?

- Yəqin, onlar düşünürdülər ki, simulyasiya edirdim. Ancaq belə deyildi, ayağımdan zərbə almışdım.

 

Sizi finala çıxaran oyunu necə dəyərləndirərdiniz? Qəbələdəki məğlubiyyətdən sonra çoxları düşünürdü ki, kubokda mübarizəni dayandıracaqsınız...

- İndi komandamız üçün çətin vaxtdı. Ancaq xarakter göstərdik və finala çıxmağı bacardıq. Fikrimcə, "Neftçi"ylə cavab yarımfinal matçında daha yaxşı idik.

 

Hesabı rəqib açandan sonra inamınız var idimi ki, geridönüş edə bilərsiniz?

- Bilirdik ki, qol buraxdıq-buraxmadıq, istənilən halda, 2 qol vurmalı idik. Finala çıxmaq istəyirdiksə, bunu reallaşdırmalı idik. 

 

Final Qəbələdə keçiriləcək, rəqib də "Keşlə"di...

- Sevinirik ki, finalı Qəbələdə oynayacağıq. Əlbəttə, kuboku qazanmaq istəyirik. Ancaq bunadək çempionatda oyunlarımız var.  

 

"Qəbələ"ylə müqavilən cari mövsümün sonunda bitir. Maraqlıdı, qalacaqsan, yoxsa?

- İndi bu haqda bir şey deyə bilərəm. 

 

Digər klublardan təkliflər var?

- Sadəcə, indi heç nə deyə bilmərəm.

Tarix: 19 Aprel 19:36    Oxunub: 615    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.