Stadionda bomba partladı, qadın polis yaralandı - FOTO

Bolqarıstan 1-ci liqasında keçirilən “Levski” - ÇSKA oyununda bədbəxt hadisə yaşanıb.

 

Sportinfo.az xəbər verir ki, Vasili Levski stadionunda keçirilən Sofiya derbisində “Levski” azarkeşlərinin düzəltdiyi əl bombası partlayıb.

 

Hadisə nəticəsində bir qadın polis ağır yaralanıb. Yerli mətbuatda əməliyyat edilən qanun keşikçisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

 

Hadisə ilə bağlı Bolqarıstan mətbuatına açıqlama verən daxili işlər nazirliyinin əməkdaşı Mladen Marinov derbidən öncəki bütün təhlükəsizlik tədbirlərinə rəğmən, hadisənin qarşısının alına bilmədiyini deyib.

 

O, partlayışı törədən şəxsin axtarışları üçün geniş miqyaslı əməliyyat təşkil edildiyini də vurğulayıb.

Tarix: 19 Aprel 19:12    Oxunub: 473    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.