Qurban Qurbanov hər həftə bu qədər irəli getsə...

 

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçinın adı yer alıb.

 

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. Millimizin və “Qarabağ”ın baş məşqçisi 1169 xalla 472-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 11 pillə irəliləyib.

 

Siyahıda yer alan digər azərbaycanlı məşqçi isə “Zirə”nin çalışdırıcıs Ayxan Abbasovdur. O, 217 xalla 972-ci pillədə yer alıb.

 

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 255 xalla 926-ci sırada qərarlaşıb. Ayxan Abbasov 10, Roman Qriqorçuk isə 5 pillə irəliləyib.

 

Cədvələ “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu “Barselona”nın çalışdırıcısı Ernesto Valverde və “Qremio”nun baş məşqçisi Renato Qauço izləyir.

Tarix: 19 Aprel 18:48    Oxunub: 579    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.