FİFA-nın cəzasından yan qaça bilmədilər - Portuqaliyadan İndoneziyayadək

FİFA transfer qaydalarını pozduğuna görə Portuqaliya nəhəngləri “Benfika” və “Sportinq”i cəzalandırıb.

 

Sportinfo.az xəbər verir ki, “Benfika” 132 min, “Sportinq” isə 92 min avro məbləğində cəzaya layiq görülüb.

 

İspaniyanın “Selta” klubu da oxşar cəzaya məruz qalıb. Viqo təmsilçisi 65 min İsveçrə frankı məbləğində cəza alıb.

 

Bundan başqa, İspaniyanın Sequnda təmsilçisi “Rayo Valyekano” və Qətərin “Əl Ərəbi” klubları da oxşar cəzalara məruz qalıblar.

 

İndoneziya Futbol Federasiyası da transfer qaydalarının pozulması ilə bağlı cəzadan yan qaça bilməyib. Federasiya 30 min İsveçrə frankı məbləğində cəzaya layiq görülüb.

Tarix: 19 Aprel 18:36    Oxunub: 445    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.