Oyun zamanı münahisə yarandı, boğazını kəsdilər - FOTO

Polşada Həvəskarlar Liqası çərçivəsində keçirilən "LKS Çexov" - “Piast” (Lutinia) matçında xoşagəlməz hadisə yaşanıb.

 

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində, hesab 2:2 olan zaman iki komandanın futbolçuları arasında mübahisə yaşanıb.

 

Bundan sonra qonaq komandanın azarkeşləri meydançaya daxil olaraq, meydan sahiblərinin futbolçularına hücum edib.

 

Hadisə nəticəsində "LKS Çexov"un bir futbolçusu boğazından bıçaq yarası alıb. Xoşbəxtlikdən oyunçunun aldığı yaralar ciddi olmayıb.

 

Qonaq komanda matçdan sonra bu hadisəyə görə təəssüf etdiklərini, futbolda bu cür olayları pislədiklərini açıqlayıblar.

Tarix: 19 Aprel 18:24    Oxunub: 495    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.