Hafiz Məmmədov Apellyasiya Məhkəməsində istəyinə çatdı

Bakı Apellyasiya Məhkəməsində ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin "Baghlan Group” FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

 

Sportinfo.az xəbər verir ki, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, bankın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv olunub. Məhkəmə ASC-nin iddiasının təmin edilməsi barədə qərar çıxarıb.

 

Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC "Baghlan Group” FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə borcun qaytarılması barədə tələb irəli sürüb.

 

Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan bank apellyasiya şikayəti verib. Onu da əlavə edək ki, "Baghlan Group”un sahibi "Bakı"nın prezidenti Hafiz Məmmədovdu.

 

2016-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

 

"Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib. Həmin bank H.Məmmədovun oğullarına məxsusdu.

Tarix: 19 Aprel 18:00    Oxunub: 722    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.