Abramoviç "Çelsi"nin baş məşqçi postuna kimi gətirmək istəyir?

 “Çelsi” yeni mövsüm üçün baş məşqçi axtarışlarına start verib.

 

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin sahibi Roman Abramoviç yay fasiləsində komandanı tərk edəcəyi gözlənilən Antonio Kontenin əvəzinə fərqli variantları nəzərdən keçirir.

 

Namizədlər arasında “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike, “Yuventus”un sükanı arxasında olan Massimiliano Alleqri, “Napoli”yə rəhbərlik edən Mauritsio Sarri və “Monako”da çalışan Leonardu Jardimin adları ön plandadı.

 

Rusiyalı iş adamının “Çelsi”ni tanınmış simaya deyil, gənc və perspektivli baş məşqçiyə həvalə etməyi də götür-qoy etdiyi bildirilir.

 

Bu siyahıda isə “Roma”nın baş məşqçisi Eusebio Di Françesko, “Hoffenhaym"a rəhbərlik edən Yulian Naqelsmann və “Haddersfild”in sükanı arxasında olan Devid Vaqnerin adları yer alıb.

 

Antonio Konte 2016-cı ilin yayından “Çelsi”nin baş məşqçisidir. London təmsilçisi ötən mövsüm italiyalı mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasının qalibi olub.

 

“Zadəganlar” cari çempionatda 33 oyundan 60 xalla 5-ci pillədə qərarlaşıblar və Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədəki “Tottenhem”dən 8 xal geri qalırlar.

Tarix: 19 Aprel 17:48    Oxunub: 532    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.